İranın Almaniyadakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə “Frans Press“ agentliyi mənbələrə istinadən məlumat yayıb.
Diplomat İranda etirazçının edam edilməsi xəbərindən sonra nazirliyə çağırılıb.
Xatırladaq ki, İranda təhlükəsizlik qüvvələrinə hücum etməkdə və yaralamaqda təqsirli bilinən iğtişaşçı Möhsün Şikari edam edilib.