Azərbaycanda vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur, hazırda bu məsələ gündəmdə deyil.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışı – biletim.az portalının təqdimatında bildirib.
O qeyd edib ki, yalnız vahid standartlar əsasında taksi xidmətinin olması planlaşdırılır: “Ümumiyyətlə, vahid taksi xidməti ilə bağlı indiyədək xidmət olmayıb. Ancaq vahid tələblər əsasında taksi şirkətləri fəaliyyət göstərməli, tələblərə əməl etməlidirlər”.
R. Hümmətov bildirib ki, bu gün taksi şirkətlərindən şikayətlərə rast gəlinir: “Lakin bununla bağlı taksi şirkətləri heç bir tədbir görmürlər”.