10 C
Baku
Saturday, November 23, 2024

Büdcəyə vergi daxilolmaları kəskin artıb: 85% artım

2022-ci ilin yanvar-noyabr aylarında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 726 milyon 776 min manat vergi daxil olub. Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 85% və ya 6.7 milyard manatdan çox artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 583 milyon 62.2 min manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 29.2% və ya 1.7 milyard manatdan çox artıb.

Ödənilən vergilərin 51.5%-i qeyri-neft-qaz sektorunun, 48.5%-i isə neft-qaz sektorunun payına düşüb.

Son xəbərlər
Digər xəbərlər