3 C
Baku
Saturday, December 14, 2024

Nazirlik 3 məktəbin tikintisinə 27 milyon manat xərcləyəcək

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı Əsaslı tikinti və təchizat idarəsi “İdeal TM” QSC, “Azinvest İnşaat” QSC ilə 3 müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, “İdeal TM” QSC ilə olan müqavilədə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivində 313 nömrəli tam orta məktəbin əsaslı təmiri və 800 şagird yerlik əlavə korpusun tikintisi nəzərdə tutulur. Müqavilənin dəyəri 10 886 928 manatdır.

“Azinvest İnşaat” QSC ilə 6 776 252 manat olan müqavilə Abşeron rayonu, Xırdalan şəhər 8 nömrəli tam orta məktəbin sökülərək yerində 960 şagird yerlik yeni binanın tikintisi, 9 045 691 olan müqavilə isə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsinin Aprel Zəfəri küçəsində 1200 şagird yerlik yeni tam orta məktəbin tikintisindən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər