8 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan Türkmənistan və Qazaxıstandan neft alışını kəskin artırır

Azərbaycan 2022-ci ilin ilk 10 ayında MDB ölkələrindən neft alışını bir qədər yüksəldib.

Banker.az xəbər verir ki, cari ilin ilk 10 ayında  2.7 mln barelə qədər xam neft alıb. Bu xam neftin hər bir bareli ortalama 2022-ci ilin yanvar-oktyabr aylarında 96 dollar olmaqla ümumi  $259.27 mln. xərc çəkilib.

Təkcə oktyabr ayında Azərbaycan cəm olaraq  838 369 barrel, yaxud $75.77 mln. həcmində xam neft idxal edib.

İdxal edilmiş xam neftin 68%-i Türkmənistan, 24%-i Qazaxıstan və eləcə də 8%-i Rusiya Federasiyasından idxal edilib. Beləliklə, oktyabr ayında müvafiq olaraq 569 855 barrel, 201 623 barrel 66 891 barrel həcmində neft alınıb.

Azərbaycan Türkmənistandan oktyabr ayında neft idxalını 24 faiz, Qazaxıstandan 35% artırdığı halda, Rusiyadan 43% azaldıb.

Picture2 1
Hər ay üzrə hesablanıb.

 

Son xəbərlər
Digər xəbərlər