13 C
Baku
Friday, November 15, 2024

Azərbaycanda minik avtomobili və traktor istehsalı azalıb

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-noyabr aylarında 466.4 milyon manatlıq məhsul istehsal edilib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3.4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 73.9 faiz, maşın və avadanlıqların istehsalı isə 46.9 faiz artmışdır.

2022-ci ilin yanvar-noyabr aylarında 1812 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 216 ədəd az minik avtomobili istehsal olunub. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 8.9 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər