Türkiyədə noyabr ayında xarici ölkə vətəndaşlarının aldığı mənzillərin sayı açıqlanıb.
Azərbaycan vətəndaşları bu siyahıda doqquzuncudur. Belə ki, noyabr ayında Azərbaycan vətəndaşları qardaş ölkədə 104 mənzil alıblar.
Rusiya vətəndaşlarından Türkiyədə mənzil alanların sayı artıb. Ruslar bu siyahıda birinci pillədədir (2575 mənzil). İran vətəndaşları 510 mənzillə ikinci, İraq vətəndaşları isə 331 mənzil sayı ilə üçüncü yerdədir.
Ümumilikdə, ötən ay ərzində xarici ölkə vətəndaşları Türkiyədən 6 min 83 mənzil alıblar.