Almaniya Ukraynaya döyüş sursatı tədarükünü asanlaşdırmaq üçün zavod tikəcək.
Məlumatı “Deutsche Welle” yayıb.
Bildirilib ki, İsveçrə rəsmi Berlinin döyüş sursatlarının yenidən ixracatı ilə bağlı müraciətini iki dəfə rədd edib. Bu səbəbdən Almaniyanın “Rheinmetall” müdafiə konserni ölkədə özünün istehsal zavodunu tikmək barədə qərar qəbul edib. Məqsəd Müdafiə Nazirliyini muxtar şəkildə hərbi sursatla təchiz etməkdir. Bu həm də Almanyanın Ukraynaya tədarük etdiyi “Gepard” özüyeriyən zenit-raket kompleksi üçün mərmilərin də tədarükünə yardım edə bilər.
“Rheinmetall”ın nümayəndəsinin sözlərinə görə, Almaniya hökuməti uyğun sifariş göndərsə, onda Ukrayna 300 min döyüş sursatı ala bilər.