Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı tikinti və Təchizat idarəsi “Progress Construction Group” MMC ilə 5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Xaçmaz rayonu, Palçıqoba kənd 360 şagird yerlik tam orta məktəbin tikinti işlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin ümumi dəyəri 5 042 354 manatdır.