İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Morion Qiymətləndirmə Mərkəzi” ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında yerləşən dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən daşınar dövlət əmlaklarının qiymətləndirilməsi, özəlləşdirilməsi və ya icarə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin, habelə nəqliyyat vasitələrinin (2023-cü il üzrə) qiymətləndirilməsi xidmətləri nəzədə tutulur.
Müqavilənin dəyəri isə 173 725 manatdır.