15 C
Baku
Sunday, November 24, 2024

BƏƏ-də vergi islahatı: ofşor dövrünün sonu gəlib çatıb?

Dekabrın əvvəlində Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Maliyyə Nazirliyinin rəsmi saytında korporativ vergi haqqında yeni qanun dərc edilib. Bu qanun biznesə necə təsir edəcək və vergi islahatı ölkədə ofşor dövrünün sona çatması demək olacaqmı?

Kim ödəyəcək, kim ödəməyəcək

Hökumətin təşəbbüsü ilə həyata keçirilən vergi islahatı BƏƏ-ni vergidən azad zona imicindən məhrum edəcək. Belə ki, indi demək olar ki, hər bir vergi ödəyicisinin qlobal gəlirindən vergi tutulacaq.

Yeni qanun vergi ödəyicisi kimi yerli şirkətləri, azad ticarət zonalarının rezidentlərini, BƏƏ-də effektiv idarəetməyə malik olan xarici biznesləri, ölkədəki daimi nümayəndəlikləri, habelə qeyri-rezidentləri (fiziki və hüquqi şəxslər) tanıyır.

2023-cü ilin mart ayından etibarən fiziki şəxslərin vergi rezidentliyini müəyyən etmək üçün ölkədə qalma müddətindən (12 ay ərzində 183 gün) əlavə, şəxsi və işgüzar əlaqələrin mövcudluğu nəzərə alınmaqla həyati maraqlar meyarı tətbiq ediləcək. Eyni zamanda, həm rezident olan fiziki şəxslər, həm də qeyri-rezidentlər ölkədə sahibkarlıq fəaliyyəti ilə əlaqəli olduqları təqdirdə yerli və xarici mənbələrdən əldə etdikləri gəlirə görə korporativ vergi ödəyəcəklər.

Məlumata görə, vergi dərəcəsi 9% olacaq. Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) beynəlxalq şirkət qruplarının vergiyə cəlb edilməsinə dair tələblərinə (Pillar II mexanizmi) uyğun olaraq, beynəlxalq şirkət qruplarında iştirak edən ərəb şirkətləri üçün vergi dərəcəsi illik 9%-dən yüksək ola bilər.

Azad ticarət zonalarının sakinləri üçün sıfır gəlir vergisi dərəcəsi tətbiq ediləcək, lakin bunun üçün həm gəlir, həm də şirkətin özü müəyyən kriteriyalara uyğun olmalıdır. Ancaq bir şirkətin bu meyarlara uyğun olmasını müəyyən edilməsi proseduru hələ də sual altındadır.

Buna görə də, korporativ vergi azadlığının rəsmi olaraq rezidentlər üçün bütün güzəşt müddətini əhatə etməsinə baxmayaraq (50 ildən çox olmamaq şərti ilə), heç də hər bir kəs ondan istifadə edə bilməyəcək. Eyni zamanda, qanun azad ticarət zonasının rezidentlərinin gəlirləri şaxələndirməsi mümkünlüyünü təmin edir.

Bundan əlavə qeyd etmək vacibdir ki, BƏƏ-nin geniş spektrli gəlir mənbələrinə, o cümlədən malların, daşınar və daşınmaz əmlakın, rezident şirkətlərin səhmlərinin vergiyə cəlb edilməsi faktı gələcək vergitutma üçün hazırlıq kimi nəzərdən keçirilə bilər.

Son xəbərlər
Digər xəbərlər