“Bakı Gəmiqayırma Zavodu” MMC-nin rəhbəri vəzifəsindən azad edilib.
Banker.az-ın məlumatına görə, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin icraçı direktoru İmanverdi Həsənov Əliqulu oğlu işindən ayrılıb.
Onun yerinə Elşad Nuriyev Nuru oğlu təyin edilib. İmanverdi Həsənov rəhbər vəzifəsindən azad edildikdən sonra “Bakı Gəmiqayırma Zavodu”nun İdarə Heyətinin üzvü təyin edildi.
Qeyd edək ki, zavodun tikintisi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti tərəfindən “Bakı gəmiqayırma zavodu” MMC birgə müəssisəsi yaradılmışdır.