2022-ci ilin 11 ayında banklar 859.4 mln. manat xalis mənfəət, 1,239.3 mln.
manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 39.9% və 40.2% artıb.
İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 196.6 mln. manat məbləğində mənfəət vergisi ödənilib.
Bankların cəmi aktivləri 45.490.2 mln. manat, cəmi öhdəlikləri 39.970.3 mln. manat, balans kapitalı 5.519.9 mln. manat olub.
2022-ci ilin noyabr ayında bankların cəmi aktivləri və öhdəlikləri müvafiq olaraq 1.9% artıb. İlin əvvəlindən isə bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı üzrə artım müvafiq olaraq 18.3%, 19.3% və 11.1% olub.