2022-ci ilin ötən 11 ayı ərzində sahibkarların 2343 layihəsinin maliyyələşdirilməsinə 119,6 milyon manat güzəştli kredit ayrılıb.
Sahibkarlığın İnkişafı Fondundan Banker.az-a verilən məlumata görə, kreditlərin 71,5 milyon manatı kənd təsərrüfatı məhsulları istehsalının, 28,5 milyon manatı sənaye məhsullarının istehsalının, 7,7 milyon manatı turizmin, 11,8 milyon manatı isə digər sahələrin payına düşür.