15 C
Baku
Sunday, November 24, 2024

Bakıda “Puldeks” adlı BOKT yaradıldı

Bakıda daha bir kredit təşkilatı “Puldeks Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Banker.az-a daxil olan məlumata görə, BOKT Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti ev.73A ünvanında dövlət qeydiyyatına alınıb.

BOKT-un nizamnamə kapitalı 300 000 manatdır – bu AMB tərəfindən lisenziya əldə etmək üçün tələb edilən minimal məbləğdir.

“Puldeks BOKT”un direktoru Quluzadə Cahid Zöhrab oğludur. Onun müşahidə şurasının üzvləri Qurbanov Turan Qurban oğlu, Quluzadə Orxan Ülvi oğlu və İsmayılov Kənan Yusif oğlu adlı şəxslərdən ibarətdir.

Bununla da son bir ayda yaradılmış bank olmayan kredit təşkilatlarının sayı üçə yüksəlib.

Azərbaycanda BOKT-lərə lisenziyanı Azərbaycan Mərkəzi Bankı təqdim edir. Cari ildə bir neçə bank olmayan kredit təşkilatı təsis edilsə də Mərkəzi Bank onlara hələ ki, kredit bazarında qanunla iştirak üçün çıxış imkanını təmin edən lisenziyanı təqdim etməyib. Sonuncu dəfə bu lisenziya 26 dekabr 2022-ci il tarixində “SF Azerbaijan BOKT” MMC-yə bu lisenziya təqdim edilib.

Əksinə, 2022-ci ildə BOKT-lərdən biri bu lisenziyadan məhrum oldu.

 

Lisenziya almaq üçün növündən asılı olmayaraq BOKT-lər tərəfindən AMB-yə aşağıdakı sənədlər təqdim olunur:
  • təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə;
  • dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
  • minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi;
  • təşkilati strukturu haqqında məlumat;
  • inzibatçıların nəzərdə tutulmuş peşə yararlılığı və məhkumluğun olmaması tələblərinə uyğun olması haqqında məlumat;
  • maliyyələşdirilmə mənbələri, habelə kredit siyasətinin əsas göstəriciləri, o cümlədən (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditin verilmə müddətləri, faiz dərəcələri) barədə məlumat;
  • inzibatçıların iş təcrübəsini təsdiqləyən sənədin əsli və ya sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
  • xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda);
  • lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
  • Bu yazılı formada tərtib edilir və ərizəni imzalayan şəxs (şəxslər) tərəfindən imzalanaraq BOKT-nin möhürü ilə təsdiq edilir.
  • AMB iki iş günü müddətindən gec olmayaraq lisenziyanın verilməsi haqqında qərarı və lisenziyanı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
Son xəbərlər
Digər xəbərlər