Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında Sankt-Peterburqda görüş keçirilib.
Prezidentlər arasında görüş Rus Muzeyində qeyri-rəsmi mühitdə baş tutub.
“2023-cü ili rus dili ili olaraq qeyd etmək barədə razılığa gəlmişik. Buna görə də, mənə elə gəlir ki, bu gün Rus Muzeyində görüş keçirməyimiz tam yerinə düşüb”, – deyə Putin qeyd edib.