Almaniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi və “Marder” tipli zirehli maşın göndərəcək.
Bu barədə “Associated Press“ agentliyi məlumat yayıb.
Almaniyanın baş naziri Şolz və ABŞ prezidenti Baydenin telefon danışığından sonra verilən açıqlamada Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri və ‘Marder’ tipli zirehli maşınların göndərilməsinə qərar verilib.
Qeyd olunub ki, ABŞ-ın ötən ay Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri verəcəyini və Almaniyanın bu qərarı dəstəkləyəcəyi bildirilmişdir.