10 C
Baku
Monday, November 25, 2024

Yelo Bank tenderlər elan edir

  1. Promo məhsulları və çap işləri üzrə açıq tender elanı. 
  2. Daxili və çöl reklamın hazırlanması üzrə açıq tender elanı.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

–    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;

–    Ödəmə qabiliyyəti olmalı;

–    Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;

–    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;

–    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

–    Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı.

Texniki şərtlərlə tanış olub, tenderdə iştiraka dair sorğu hazırlamaq üçün keçid edin – https://www.yelo.az/az/news/tender-elani-promo/ 

Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 05.02.2023, saat 17:00-da başa çatır. 

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Son xəbərlər
Digər xəbərlər