NATO-nun baş katibi Yens Stoltenberqin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
Onun namizədliyi norveçli deputat Kristian Tübrinq-Gedde tərəfindən təklif olunub.
“Bu gün mən baş katib Yens Stoltenberqin Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüm. Stoltenberq alyans üçün çətin bir zamanda NATO-nun Baş Katibi kimi görkəmli fəaliyyətinə görə mükafata layiqdir”, – deputat qeyd edib.