6 C
Baku
Tuesday, March 10, 2026

ABŞ və Cənubi Koreya birgə mülki təyyarələr hazırlayacaq

ABŞ və Cənubi Koreya qabaqcıl mülki təyyarələrin birgə hazırlanması və istismarı haqqında saziş imzalayıb.

Bu barədə ABŞ-ın Federal Aviasiya Administrasiyasının (FAA) saytında məlumat verilib.

FAA qeyd edib ki, hava hərəkətliliyi sisteminin təkmilləşdirilməsi çərçivəsində Koreya Mülki Aviasiya Administrasiyası ilə təyyarələrin inkişafı və uçuş təhlükəsizliyi üzrə tərəfdaşlıq qurulub.

Vurğulanıb ki, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yeni texnologiyaların inteqrasiyası üçün çox vacibdir

Tərəflər qabaqcıl aviasiya işlərinə dair məlumat mübadiləsini genişləndirmək və bu cür layihələrin həyata keçirilməsi zamanı təhlükəsizliyin birgə monitorinqi barədə razılığa gəliblər.

Son xəbərlər
Digər xəbərlər