23 C
Baku
Sunday, May 26, 2024

Çexiyanın keçmiş Baş naziri dələduzluq ittihamı ilə təqsirli bilinməyib

Praqa Şəhər Məhkəməsi Çexiyanın keçmiş Baş naziri Andrey Babişi maliyyə fırıldaqçılığında şübhəli bilinərək ona qarşı qaldırılan cinayət işi üzrə təqsirli bilməyib.

Bu barədə Çexiyanın CTK agentliyi məhkəmədəki mənbələrə istinadən məlumat yayıb.

Həmçinin o da qeyd olunub ki, Praqa Şəhər Məhkəməsi cinayət işini keçən il sentyabrın 12-dən araşdırmağa başlayıb və Babişlə yanaşı, onun keçmiş köməkçisi Yana Mayerova da cinayət işi üzrə təqsirli bilinməyib.

Babiş sözügedən məhkəmə araşdırmasını özünə qarşı siyasi proses adlandırıb. Onun sözlərinə görə, siyasi arenadakı rəqiblər onu böyük siyasətdən uzaqlaşdırmağa və prezident olmasına mane olmağa çalışırlar.

Xatırladaq ki, keçmiş Baş nazir Avropa İttifaqı fondlarından 50 milyon kron (təxminən 2 milyon avro) məbləğində saxta subsidiyalar almaqda ittiham edilib.

Mənbəapa.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər