20 C
Baku
Tuesday, April 30, 2024

Paşinyan: “KTMT sülhməramlılarının Qarabağa daxil olması real deyil”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlılarının Qarabağa daxil olması ideyası real deyil.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında deyib.

Nikol Paşinyan bir sıra KTMT dövlətlərinin Azərbaycanla sıx əlaqələrini xatırladıb: “KTMT sülhməramlı missiyasının Qarabağa gətirilməsi ideyası demək olar ki, həyata keçirilə bilməz. Təşkilatın bəzi ölkələrinin obyektivliyinə şübhələr var”.

Paşinyanın sözlərinə görə, KTMT missiyasının gəlişi regionda vəziyyəti daha da çətinləşdirəcəkdi, çünki həmin ölkələr de-yure Ermənistanın müttəfiqidirlər, lakin faktiki olaraq Azərbaycanla daha yaxındırlar, ölkələrarası iqtisadi və siyasi əlaqələr inkişaf etdirilir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər