Yaponiyada koronavirusdan ölənlərin sayı kəskin artıb.
Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.
Dekabrdan bəri Yaponiyada koronavirusdan 10 mindən çox ölüm halı qeydə alınıb.
Yaponiyada pandemiyanın bütün dövrü ərzində təxminən 60 min insan koronavirusdan dünyasını dəyişib. Bununla belə, dekabrın ortalarından bu günə qədər ölkə üzrə koronavirusa yoluxan insanlar arasında 10 minə yaxın ölüm halı qeydə alınıb.
Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, ölüm hallarının sayında kəskin artım dekabrda olub (7622 ölüm halı), noyabrda isə 2.5 dəfə daha az (2985) ölüm halı təsdiqlənib.
Yanvarın ilk 10 günündə ölkə üzrə ən azı 3145 koronavirusdan ölüm olub. Bu dinamikaya əsasən, ümumilikdə yanvar ayında ölənlərin sayı 10 min nəfəri keçə bilər.