7 C
Baku
Sunday, December 15, 2024

Makron Əlcəzairdən üzr istəməyəcəyini açıqlayıb

Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Əlcəzairdən üzr istəməməlidir.

Bu barədə Fransa lideri “Le Point” qəzetinə müsahibəsində deyib.

Makron iki ölkəni barışdırmaq yolunda birgə səyləri davam etdirmək üçün əlcəzairli həmkarı Abdelmacid Tebbunu Parisdə qəbul edəcəyinə ümid bəsləyir.

“Mən üzr istəməyə ehtiyac görmürəm. Məsələ bu deyil. Belə jest bütün əlaqələri qıra bilər”, – deyə Fransa lideri bildirib.

Qeyd edək ki, Fransanın Əlcəzairdə müstəmləkəçilik siyasəti yürüdüb, yerli xalqa qarşı qətliam törədib.
Dəhşətli qətliam Əlcəzairin 1 milyon 500 min vətəndaşının ölümü ilə nəticələnib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər