11 C
Baku
Monday, November 25, 2024

“AzerGold”un törəmə şirkəti təxminən 1 milyon manata yeni kern anbarı tikir

“Daşkəsən Dəmir Filiz” MMC “Epsilon Construction” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Daşkəsən dəmir filizi ərazisində inşa ediləcək “Yeni kern anbarı binasının tikinti işləri” nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 830 590 manatdır.

Qeyd edək ki, “Epsilon Construction” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Kamran Qasımovdur.

Xatırladaq ki, “Daşkəsən Dəmir Filiz ” MMC “AzerGold” QSC-nin törəmə müəssisəsidir. “Daşkəsən Dəmir Filiz” 2020-ci ilin dekabr ayında ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkil edilməsi məqsədilə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər