10 C
Baku
Wednesday, November 27, 2024

“Fransa Azərbaycana sanksiyanın tətbiqini mümkün hesab etmir”

Fransa bu gün hesab edir ki, Ermənistanla Azərbaycan arasında dialoqun bərpası ən mühüm məsələdir.

Bunu İrəvanda səfərdə olan Fransa Milli Assambleyasının prezidenti Yael Braun-Pivet Ermənistan parlamentinin spikeri Alen Simonyanla birgə keçirdiyi mətbuat konfransında Azərbaycana hər hansı sanksiyanın tətbiqi ilə bağlı sualı cavablandırarkən deyib.

“Ən başlıcası, dialoqun bərpası və sülh yolu ilə həllidir, bütün səylərimiz buna yönəlib. Bu gün biz hesab edirik ki, mümkün sülhə və dialoqa aparan yol tükənmədikcə, bununla bağlı hər şeyi sınamamışıqsa, başqa tədbirləri tətbiq etmək yersizdir. Enerjimiz 100 faiz bu istiqamətdə yönəlib”, – Yael Braun-Pivet bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər