İmişlidə heyvandarlığın inkişafı layihəsi ilə bağlı 2.6 mln. ₼ güzəştli kredit ayrılıb.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən İmişli R-Aqro MMC-yə heyvandarlığın inkişafı layihəsi üçün 2.6 mln. ₼ güzəştli kredit verilib.
Layihə İmişlidə icra olunacaq.