Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub.
Bunu israilli nazir tviterdə yazıb.
O bildirib ki, tərəflər Azərbaycanın İsraildə səfirliyinin açılması və səfirin təyin olunması məsələlərini müzakirə ediblər: “Mən həmkarımı səfərə dəvət etdim. Biz iki ölkə arasında münasibətləri möhkəmləndirmək və əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik”.
C.Bayramov, həmçinin E.Koeni yeni təyinatı münasibətilə təbrik edib.