10 C
Baku
Thursday, December 12, 2024

Şahzadə Harri xatirələrindən yazdığı kitabdan 10 mln. funt-sterlinq qazanıb

Şahzadə Harri özünün avtobioqrafik kitabından 16 milyon funt sterlinq qazanıb.

Bu barədə “Mirror” məlumat yayıb.

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyanı tərk etdikdən sonra ciddi maliyyə çətinlikləri ilə üzləşiblər. Lakin onların maliyyə itkiləri tezliklə media şirkətləri ilə bir neçə böyük sövdələşmə ilə kompensasiya olunub.

Jurnalistlərə görə, hətta mübahisəli tərcümeyi-halının nəşrindən əvvəl şahzadə Harri “Penguin Random House”dan 16 milyon funt-sterlinq alıb və həmçinin “Spotify” və “Netflix” ilə sövdələşmələrdən 109 milyon funt-sterlinq qazanıb.

Şahzadə Harrinin avtobioqrafik “Spare” (Ehtiyat – Red) kitabı Britaniyada ən tez satılan qeyri-bədii ədəbiyyat olub. Təkcə satışın ilk günündə elektron və audio versiyaları da daxil olmaqla 400 min kitab satılıb.

Son xəbərlər
Digər xəbərlər