14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın xarici ticarət balansında $25.5 mlrd. profisit yaranıb

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 184 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac olunmuş, 172 ölkədən idxal olunmuşdur.

Banker.az Dövlət Statistika Komitəsinə istinadla bər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 51229,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 38347,7 milyon dollarını və ya 74,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 12881,5 milyon dollarını (25,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 25 milyard 466,2 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 62,7 faiz, real ifadədə 7,9 faiz, o cümlədən ixrac 11,2 faiz, idxal isə 1,2 faiz artmışdır.

Son xəbərlər
Digər xəbərlər