Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksey Arestoviçin istefası qəbul olunub.
Bu barədə ofisin mətbuat xidmətinin rəhbəri Sergey Nikiforov “Ukrainskaya Pravda”ya açıqlamasında məlumat verib.
O bildirib ki, Arestoviçin öz xahişi əsasında işdən çıxarılması ilə bağlı qərarı Prezident Ofisi aparatının rəhbəri Mariya Vituşok imzalayıb.
Qeyd edək ki, Arestoviç bu gün istefası barədə məlumatı feysbukda paylaşmışdı.