15 C
Baku
Sunday, November 24, 2024

OPEC qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-cü il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.

Cari il qlobal gündəlik neft tələbatının 101.77 mln. barel səviyyəsində olacağı gözlənilir (proqnoz dəyişməyib). 2023-cü ildə neft tələbatının artım tempi 2.22 mln. barel olacaq, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 99.55 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2.54 mln. barel təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5.74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96.92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91.13 mln. barel olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər