OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri ötən ilin dekabr ayında gündəlik neft istehsalını 91 min barel artıraraq (noyabr ayı ilə müqayisədə) 28.97 mln. barelə endirib.
Bu barədə OPEC-in aylıq hesabatında bildirilir.
Məlumata görə, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri “OPEC+” razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 167% yerinə yetirib.
Hesabatda qeyd edilir ki, “OPEC+” razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib.
Beləliklə, dekabr ayında razılaşmada iştirak edən 10 ölkə gündəlik neft hasilatını 2 127 min barel azaldıb, bu da “OPEC+” çərçivəsində olan öhdəliyi (1 273 min barel – red.) 854 min barel üstələyib.