12 C
Baku
Sunday, September 29, 2024

OPEC Azərbaycanda maye karbohidrogen hasilatının 60 min barel artacağını proqnozlaşdırır

OPEC 2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatının 60 min barel artacağını proqnozlaşdırır.

“2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatının 60 min barel – ortalama 0.8 milyon barelə qədər artacağı proqnozlaşdırılır”, – deyə OPEC-in aylıq hesabatında bildirilir.

OPEC qeyd edir ki, artım “Şahdəniz” və “Abşeron” qaz-kondensat yataqları hesabına təmin olunacaq. “2023-cü ildə “Azəri-Çıraq-Günəşli” blokundakı “Mərkəzi Şərqi Azəri” layihəsi çərçivəsində hasilata başlanıldıqdan sonra istehsal daha çox arta bilər”, – deyə təşkilatda hesab edirlər.

OPEC-in qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda gündəlik 0.7 milyon barel maye karbohidrogen (2021-ci ilin göstəricisindən 34 min barel az) hasil olunacaq.

“Köhnə yataqlardakı əsas azalmanın Xəzərin Azərbaycan sektorunda qaz hasilatı güclərini artıran BP-nin rəhbərliyi ilə “Şahdəniz” kimi digər yataqlarda hasilatın artırılması ilə kompensasiya olunacağı gözlənilir”, – deyə OPEC qeyd edir.

Son xəbərlər
Digər xəbərlər