9 C
Baku
Friday, November 29, 2024

Azərbaycanda idxal inflyasiyası bir qədər də artıb

Azərbaycanda 2022-ci ilin noyabrında idxal inflyasiyası bir qədər də artıb.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, idxal olunmuş məhsullarda 2022-ci ilin yanvar-noyabr ayı üzrə orta illik inflyasiyası 22.2% təşkil edib. Bu da bir ay öncəki göstəricidən 0.1 faiz bəndi yuxarıdır.

Ən böyük inflyasiya  emal olunmamış gönlər, aşılanmış dəri, təbii xəz və onlardan hazırlanan məmulatlar və s. üzrə qeydə alınıb ki, bu da 47.9%-lik illik müqayisədə artım var.

Xatırladaq ki, 2022-ci ildə istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 13.9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19.5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8.6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.4 faiz təşkil edib.

12221112 1

Son xəbərlər
Digər xəbərlər