ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynaya enerji sektorunda əlavə 125 milyon dollar yardım elan edib.
Bunu Agentlik açıqlayıb.
“USAID əlavə qaz turbinləri, transformatorlar, paylayıcı yarımstansiyaların təmiri üçün avadanlıq və ehtiyat enerji təminatı da daxil olmaqla avadanlıqların alınmasına 125 milyon dollar ayıracaq”, – agentliyin açıqlamasında bildirilir.
Bildirilib ki, USAID artıq Ukraynaya 1.5 mindən çox generator çatdırıb.
***
ABŞ Ukraynanın enerji və elektrik sisteminin dəstəklənməsi məqsədilə 125 milyon dollar ayırdığını bəyan edib.
Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib. Qeyd olunub ki, vəsait Kiyev və ətrafında su tədarükü və istilik sisteminin saxlanılması üçün lazım olan zəruri sənaye avadanlıqlarının alınmasına sərf ediləcək.
Bəyanatda vurğulanıb ki, Rusiya milyonlarla ukraynalının işıqsız, susuz və istiliksiz qalması üçün sistemli şəkildə Ukraynanın energetika sistemini hədəfə alır.