13 C
Baku
Saturday, November 23, 2024

İsveç Ukraynaya yeni hərbi yardım paketini elan edib

İsveç Ukraynaya yeni hərbi yardım paketini elan edib.

Bununla bağlı İsveç Baş naziri Ulf Kristersson, müdafiə naziri Pol Conson, enerji və sənaye naziri Ebba Buş və əmək və inteqrasiya naziri Yohan Pehrsonun iştirak etdiyi mətbuat konfransında bildirilib.

Ulf Kristersson deyib ki, Rusiya indi vaxtın və üstünlüyün onların tərəfində olduğuna, Qərb demokratiyalarının öz həmrəyliyini itirəcəyinə və özünün bundan qazanc əldə edəcəyinə inanır.

“ABŞ və digər ölkələrin geniş dəstəyi tamamilə vacibdir və eyni zamanda ABŞ və Aİ arasındakı birlik Aİ daxilindəki birlik qədər önəmlidir”, – Baş nazir vurğulayıb.

İsveçin enerji və sənaye naziri bu müharibənin tezliklə bitməyəcəyini və buna görə də Rusiyaya açıq siqnal göndərərək üstünlüyün heç də Moskva tərəfdə olmadığının vacib olduğunu qeyd edib.

“Biz Ukraynaya dəstəyi artıracağıq”, – energetika və sənaye naziri bildirib.

Baş nazir Kritersson deyib ki, İsveç yeni hərbi dəstək paketini qəbul edib və bu hərbi yardım qısa zamanda Ukraynaya göndəriləcək.

Baş nazirin sözlərinə görə, hərbi dəstək paketinə “Archer” artileriya sistemləri, 50 CV90 piyada döyüş maşınları, NLAW portativ tank əleyhinə raketlər daxildir.

“Hərbi dəstək həlledicidir” – deyən Kristersson, əlavə edib: “Ukrayna cəbhəsində belə yardımların bu qış təşəbbüsü kimin ələ keçirəcəyini müəyyənləşdirə bilər”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər