NATO Baş katibi Yens Stoltenberq yanvarın 23-də Ermənistan XİN başçısı Ararat Mirzoyanla görüşəcək.
Bu barədə NATO-nun mətbuat xidmətindən bildirilib.
Görüş NATO-nun Brüsseldəki mənzil – qərargahında keçiriləcək.
Tərəflərinin Cənubi Qafqazdakı durumu da müzakirə edəcəkləri gözlənilir.
Xatırladaq ki, daha əvvəl NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistana səfər etmişdi.