9 C
Baku
Thursday, December 12, 2024

“Twitter” məhkəməyə verilib

“Twitter”in San-Fransisko şəhərində baş qərargahının yerləşdiyi binanın sahibi şirkəti məhkəməyə verib.

Binanın sahibi şirkəti məkan üçün nəzərdə tutulan icarəhaqqını ödəməməkdə ittiham edib.

“SRI Nine Market Square LLC” şirkətinin məhkəməyə etdiyi müraciətdə deyilir ki, “Twitter” ötən ilin dekabrında icarəhaqqında sazişi pozub və təqribən 3.4 milyon dollar həcmində olan aylıq məbləği ödəməyib.

Bildirilir ki, şirkət həmin məbləği kredit xətti ilə əldə etsə də, “Twitter” cari ilin yanvar ayında yenidən icarə sazişini pozaraq ödəniş etməyib. “Twitter” ümumilikdə hazırda sözügedən şirkətə 3.16 milyon dollar ödəməlidir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər