10 C
Baku
Thursday, November 28, 2024

Britaniya və Almaniyanın səfirlikləri əməkdaşlarını İrandan təxliyə edə bilər

Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror aktından sonra Böyük Britaniya və Almaniyanın diplomatik nümayəndəlikləri əməkdaşlarını İrandan təxliyə edə bilər.

Diplomatların İrandan təxliyəsi ehtimalı barədə Almaniya Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Bildirilib ki, bu, İranın ərazisindəki xarici səfirliklərin təhlükəsizliyinə zəmanət verə bilməməsi ilə bağlıdır.

“Bazar ertəsi bizim vətəndaşlarımızın – İrandakı diplomatik nümayəndəliyin əməkdaşlarının təxliyəsi ilə bağlı təcili iclasımız olacaq”, – mənbə qeyd edib.

Bundan başqa, Böyük Britaniya da İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi barədə planlarını açıqlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər