Azərbaycanda 1 yanvar 2023-cü il tarixinə bankların müştərilərə verdiyi kreditlər üzrə renkinqi açıqlanıb.
ABB, Kapital Bank, PAŞA Bank, Xalq Bank və Bank Respublika ilk 5-liyi qapadır.
TOP10 bank kredit bazarının 80%-ni əlində saxlamaqdadır. Ölkədə 25 bank fəaliyyətdədir.
İllik müqayisədə ən çox kredit portfelini Bank of Baku – 40%-lə artırıb. İllik müqayisdə ən çox geriləmə Premium Bankda (14%) müşahidə edilib.