13 C
Baku
Tuesday, May 7, 2024

E-poçt ünvanlarımızda istifadə etdiyimiz “ət” işarəsi (@) nə deməkdir?

Bütün dünyada milyonlarla insan e-poçt ünvanlarında “ət” işarəsindən (@) istifadə edir. İstifadəçi adı ilə xidmət təminatçısını (gmail, hotmail, yahoo və s.) ayırmaq üçün istifadə ütün e-poçt ünvanlarımızda istifadə etdiyimiz “ət” işarəsinin nə demək olduğunu heç düşünmüsünüzmü?

Banker.az-ın məlumatına görə, buu işarə əslində təsadüfi seçimin nəticəsidir.

1971-ci ildə Rey Tomlinson adlı kompüter mühəndisi xidmət təminatçısı və istifadəçi adlarını ayırmağın bir yolunu tapmağa çalışırdı. Tomlinson az istifadə olunan bir simvol seçmək istəyirdi. Beləliklə, o, unikal işarə olan @-i seçdi və tarixdə ilk dəfə olaraq e-poçtda “ət” işarəsindən istifadə edildi.

Klaviş kimi ilk dəfə 1885-ci ildə çap maşınının klaviaturasında yer alan @ işarəsi 1980-ci ildə işarəsi beynəlxalq standart kimi təsdiqləndi və yeni dünyanın təməl daşlarından birinə çevrildi.

Qeyd edək ki, @ işarəsinə ilk dəfə 16-cı əsrə aid məktubda rast gəlinib. Bu işarə həmin məktubda ölçü vahidi kimi istifadə olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər