Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının rezidentləri siyahısından daha bir şirkət çıxarılıb.
Banker.az xəbər verir ki, indiyə qədər YTP-nın siyahısında yer alan “Elm və Texnologiyalar Parkı” MMC siyahıdan çıxarılıb.
Xatırladaq ki, “Elm və Texnologiyalar Parkı” MMC AMEA tərəfindən 2016-cı ildə yaradılıb, 50 manat nizamnamə kapitalı var. MMC-nin fəaliyyətinin əsas məqsədi innovativ məhsulların və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə, xidmət sahələrində tətbiqi üçün şəraitin yaradılması, fəaliyyətin təşkili və inkişaf etdirilməsindən ibarətdir.
Bununla da, şirkətin rezidentlərin sayı 11-ə düşüb.
Hazırda siyahı belədir:
- “AMEA Təcrübə-Sənaye Zavodu” MMC
- “INKOR” MMC
- “Aşqar” Elmi İstehsalat Birliyi
- “Bakı Polimer İstehsalat” MMC
- “AZCOSMETİCS GROUP” MMC
- “TAK NOOSH GROUP” MMC
- “PROLINE CHEMICALS” MMC
- “AZOIL INDUSTRY” MMC
- “Smart Security Solutions” MMC
- “EAST NANO TECHNOLOGIES” MMC
- “NANO PRO” MMC