7 C
Baku
Sunday, December 15, 2024

ABŞ Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasının əleyhinədir

Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpa olunması Gürcüstan hava limanlarında Rusiya şirkətlərinə xidmət edən şirkətləri sanksiyalar təhdidi altında qoyacaq.

Bu barədə ABŞ Dövlət Departamentindən “Amerikanın Səsi”nə bildirilib.

Qeyd olunub ki, hazırda ABŞ da daxil olmaqla bir sıra Qərb ölkələri Rusiya təyyarələrinin öz hava məkanlarına daxil olmasını qadağan edib və belə bir vəziyyətdə birbaşa uçuşların davam etdirilməsi narahatlıq doğurardı.

“Bütün Qərb qəddar rejimlə özü arasında məsafə qoyub – indi Rusiya ilə əlaqələri artırmağın vaxtı deyil”, – deyə departamentin açıqlamasında bildirilib.

Qeyd edək ki, yanvarın 19-da Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Rusiya ilə birbaşa uçuşların bərpasının mümkünlüyünü və bunun Gürcüstan vətəndaşları üçün faydalı ola biləcəyini deyib. O, Rusiya tərəfinin belə bir qərarının alqışlana biləcəyini qeyd edib.

Gürcüstan Prezidenti Salome Zurabişbili isə birbaşa uçuşların davam etdirilməsinin əleyhinə olduğunu bəyan edib.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar 2019-cu ilin yayında Tbilisidə keçirilən Rusiya əleyhinə aksiyalardan sonra Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə dayandırılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər