2022-ci ildə Azərbaycanda sürətli pul köçürmələrin həcmi kəskin artıb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.
Hesabat ilində banklara 4 milyard 714.3 milyon manatlıq sürətli köçürmələrdən vəsait daxil olub, bu da 2021-ci illə müqayisədə 3.4 dəfə çoxdur.
Ötən il banklardan kənara isə 631.7 mln. manat vəsait köçürülüb. Bu da illik müqayisədə 53% artımdır.
| Azərbaycan banklarına daxil olan sürətli pul köçürmələri | ||
| mln. manat | ||
| Tarix | 2022 | 2021 |
| yanvar | 113.65 | 136.09 |
| fevral | 103.25 | 139.93 |
| mart | 78.66 | 156.62 |
| aprel | 577.16 | 160.07 |
| may | 573.16 | 147.47 |
| iyun | 669.40 | 178.25 |
| iyul | 495.52 | 169.15 |
| avgust | 445.39 | 173.82 |
| sentyabr | 530.44 | 175.84 |
| oktyabr | 409.15 | 174.97 |
| noyabr | 393.37 | 159.95 |
| dekabr | 325.21 | 161.55 |
| CƏMİ | 4,714.34 | 1,933.71 |






