Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Ermənistan və Fransa liderləri Laçın yolundakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.
Paşinyan Makronla Azərbaycanla münasibətlərin normallaşmasını, eyni zamanda, Avropa İttifaqının Ermənistandakı missiyasını müzakirə edib.