15 C
Baku
Sunday, November 24, 2024

“Bank of America” 2023-cü ildə qlobal artım proqnozunu yaxşılaşdırıb

“Bank of America”nın analitikləri 2023-cü ildə qlobal iqtisadi artım proqnozunu dekabrda gözlənilən 2.2%-dən 2.5%-ə qədər yaxşılaşdırıblar, Banker.az bu barədə “İnterfax”a istinadən xəbər verir.

Bu, Çində sürətli bərpa gözləntiləri, ABŞ-da gecikmiş tənəzzül və Avropanın iqtisadi tənəzzüldən qaçması ehtimalı ilə bağlıdır. Həmçinin müsbət tərəflər tədarük zəncirlərindəki təkmilləşdirmələr, mərkəzi bankların aqressiv faiz artımlarına nisbətən mülayim bazar reaksiyası və böyük yeni şokların olmamasıdır.

Ekspertlər 2024-cü ildə qlobal iqtisadiyyatın təxminən 3% artacağını proqnozlaşdırırlar.

Bankın proqnozlarına görə, bu il ölkənin ÜDM-si 0.7%, 2024-cü ildə isə 0.3% artacaq.

Analitiklər hesab edirlər ki, Avropa iqtisadiyyatı 2023-cü ildə 0.4%, gələn il isə 0.9% artım göstərəcək.

Son xəbərlər
Digər xəbərlər