Ukrayna Prezidenti Volodimir Zelenski London səfərindən sonra Fransanın paytaxtı Parisə yola düşəcək.
Məlumatı BFM TV yayıb.
Məlumata görə, o, Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.
Bildirilib ki, Volodimir Zelenski fevralın 8-də Parisə yola düşəcək.
Qeyd edək ki, fevralın 8-də Ukrayna Prezidenti Böyük Britaniyada səfərdə olub, Krallığın Baş naziri Rişi Sunakla görüşüb.