G7 ölkələri Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyaları nəzərdən keçirir.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, “Böyük yeddilik” ölkələri Rusiyanı hərbi texnologiya ilə təchiz edən Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyaların tətbiq edilib-edilməməsini müzakirə edirlər.
Həmçinin qeyd olunur ki, Böyük Britaniya hökuməti Prezident Volodimir Zelenskinin Londona gözlənilməz səfəri ilə əlaqədar Ukraynaya döyüş təyyarələrinin göndərilməsinin uzunmüddətli imkanlarını qiymətləndirir.