“Avropa İttifaqının Rusiyaya qarşı sayca 10-cu sanksiyalar paketinə Rusiyanın 10 milyard avroluq ixracının bloklanması, rusiyalı təbliğatçılar, nüfuzlu şəxslər və hərbi rəhbərlərə qarşı məhdudiyyətlər daxil olacaq”.
Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə Avropa İttifaqı sammiti çərçivəsində keçirilən görüşün yekunlarına dair təşkil edilən, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirak etdiyi birgə mətbuat konfransında deyib.
“Rusiya Ukraynada törətdiyi dağıntıların və tökdüyü qanın əvəzini verməlidir”, – o bildirib.